Zəvvarlarımız bir qrupu bu axşam Vətənə qayıdacaq

Zəvvarların geri dönüşü hər gün olmaqla oktyabrın 29-dək davam edəcək

Bakı, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 12:08

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarların ilk qrupu bu gün axşam saat 19.00-da vətənə qayıdacaq.

Bu barədə Salamnews.org-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

O, deyib ki, zəvvarlarımız son ayinləri başa vurublar. Zəvvarların geri dönüşü hər gün olmaqla oktyabrın 29-dək davam edəcək.

M.Payızov bəzi zəvvarların qrip xəsətəliyinə də yoluxmasına münasibət bildirib: "Zəvvarlarımızın bir neçəsi qrip xəstəliyinə yoluxub. Bu da Məkkə kimi yerdə təbii qarşılanmalıdır. Çünki 4 milyondan çox zəvvarın olduğu yerdə müxtəlif xəstəliklər olur. Bunun üçün də QMİ əvvəlcədən qabaqlayıcı tədbirlər görüb. Zəvvarlarımız narahatçılığı üçün heç bir əsas yoxdur."

Xatırladaq ki, bu il 3700 azərbaycanlı zəvvar Həcc ziyarətinə gedib.

sss