Qusar qışa hazırlaşır

Əhalini fasiləsiz elektik enerjisi ilə təmin etmək məqsədi ilə Qusar elektrik şəbəkəsinin bütün stansiyalarında təmir işləri aparılıb

Qusar, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 11:55

Şimal bölgəsində ən sərt qış Qusar rayonunda keçir. Bu səbəbdən də hər il qışa hazırlıqla bağlı ciddi tədbirlər həyata keçirilir. Belə ki, əhalini fasiləsiz elektik enerjisi ilə təmin etmək məqsədi ilə Qusar elektrik şəbəkəsinin bütün stansiyalarında təmir işləri aparılıb. Bundan əlavə kəndlərdə olan transformatorlara baxış keçirilib.

Qusarda əhalinin içməli su təhcizatında problem yaranmasın deyə, rayon Su-Kanal idarəsi 2 su quyusunda təmir işləri həyata keçirmiş, digər avadanlıqlar isə qışa tam hazır vəziyyətə gətirlib. Qusar Qaz istismar sahəsinin rəisi Elşən Nağıyev də qışa hazırlıqla bağlı bütün tədbirlərin görüldüyünü deyir.

Rayonda xəstəxana və tibb məntəqələri da qışa lazımınca hazırlanıb. Kəndlərdə yerləşən tibb ocaqlarında dərman, odun və digər ləvazimatların ehtiyatı yaradılıb.

Qış mövsümünə hazırlıq məqsədi ilə Qusar Telekommunikasiya qovşağı tərəfindən avtomaşınlar təmir edilib, lazımı ehtiyat hissələri ilə təmin olunub. Mövsümə hazırlıq məqsədilə meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən lazımi miqdarda odun tədarük edilib və satılıb. Bu iş hazırda da davam edir.

Qışa hazırlıqla bağlı Qusar bələdiyyəsi tərəfindən də bir sıra tədbirlər görülüb. Belə ki, 3 küçədə 2 min metrdən artıq su arxları çəkilib, 3 məktəb cari təmir edilib.

 

sss