Nəbatat bağı - Foto

Bağ üçün "Şəhidlər xiyabanı"ndan "Qurd qapısı"na gedən yol arasında 100 hektara yaxın sahə ayrılıb

© Foto: Şirməmməd Nəzərli

Bakı, Şirməmməd Nəzərli, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 10:50

Bakıda Nəbatat bağının salınması qərarı 1934-cü ildə verilib və indiki "Şəhidlər xiyabanı"ndan  başlayıb "Qurd qapısı"na gedən yol arasında 100 hektara yaxın sahə ayrılıb.

Burada bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır. 

Bağda dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. Hazırda bağda Qafqaz florasından olan 125 növ nadir və nəslikəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"larına daxil edilmiş bitki kolleksiyası vardır. Mərkəzi Nəbatat bağının nəzdində Elmi Şura və aspirantura fəaliyyət göstərir.

© Fotoreportyor: Şirməmməd Nəzərli

sss