Ermənilər cəbhə bölgəsində atəşkəsi yenidən pozublar

Düşmən cavab atəşi ilə susdurulub

Bakı, Sevil Zeynalqızı, İnteraz - 22 Oktyabr 2013, 10:12

Erməni silahlı bölmələri yenidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. İnterAz Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.

sss