Rövnəq Abdullayev: "Məscidlərin qazlaşdırılması üçün 1-2 milyon kub metr qazdan istifadə ediləcək"

Qış aylarında əhalinin qazla təminatında da heç bir problem yaşanmayacaq

Bakı, Nazilə Xaqani, Vüsal Nəbiyev, İnteraz - 21 Oktyabr 2013, 19:14

Prezidentin tapşırığına əsasən Respublika ərazisində bütün dini ibadətgahlar, məscid, kilsə və sineqoqlar ödənişsiz olaraq qazlaşdırılacaq. Dövlət tərəfindən bütün dini ibadətgahların isitməyə görə olan qaz tələbatı ödənişsiz olaraq həyata keçiriləcək. Təxmini hesablamalara görə bunun üçün 1-2 milyon kub metr qazdan istifadə olunacaq. Bu haqda jurnalistlərə müsahibə verən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirdi ki, qış aylarında əhalinin qazla təminatında da heç bir problem yaşanmayacaq.

Bulla qaz yatağınada qəza artıq son mərhələsindədir. Qaz yatağında artıq əsas işlər görülüb. Quyunun üzərinə 40 tonluq kran gətiriləcək. Bu istiqamətdə son işlər görülür. Son mərhələ priventilin quyu üzərinə çəkilməsidir ki, bu işə sabah başlanacaq.

Növbəti 5 ildə qarşıda duran vəzifələrdən danışan neft şirkətinin prezidenti qeyd etdi ki, qarşıya qoyulan məqsəd Azərbaycan qazının Avropa və region ölkələrinə çatdırılmasıdır ki, 5 il ərzində bununla əlaqədar olan layihələr həyata keçiriləcək. Bundan başqa cənab Abdullayev Azərbaycan qazının Avropaya ixracı neft strategiyasının həyata keçirilməsinin ikinci mərhələsidir: "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi üzrə layihə Azərbaycan qazının Avropaya tədarükü üçün qapılar açacaq.

Qeyd edək ki, bu gün ARDNŞ-in prezidenti Rövnəq Abdullayev yay məktəbinin tələbələri ilə görüşüb. Görüşdə bildirilib ki, bu il yay məktəbində 36 nəfər iştirak edib. Bura həm neft şirkətinin işçiləri, həm də müxtəlif universitetlərin tələbələri daxildir. Cənab Abdullayev yay məktəbinə qəbul üçün şagird sayının artırılması və müsabiqədə qalib gəlmiş tələbələrin Türkiyədən əlavə İsveçrədə və Gürcüstanda da təcrübədən keçməsi üçün tapşırıq verib.

sss