Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər

Bakı, Nazilə Xaqani, İnteraz - 20 Dekabr 2016, 20:10

Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

İnterAz xəbər verir ki, seçicilər məşğulluq, hüquq, təhsil, mənzil-kommunal məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini millət vəkilinə çatdırıblar. İrəli sürülən məsələlərin bəzilərini yerindəcə həll edən Azay Quliyev, digərlərinin aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.