Cəbhədə vəziyyət gərgin olaraq qalır

16 Oktyabr 2013, 10:09

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Prezident İlham Əliyev Fərhad və Rafiq Əliyev qardaşlarını əfv etdi

15 Oktyabr 2013, 01:29

Əfv olunmuş məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq, Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi rəhbər tutularaq qərara alınıb.

Məhkəmə Gülağa Aslanlıya xəbərdarlıq etdi

14 Oktyabr 2013, 17:38

Bu gün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlıya xəbərdarlıq edilib və o, sərbəst buraxılıb.

Mübariz Qurbanlı: "Ermənistanı iqtisadi cəhətdən elə vəziyyətə salacağıq ki..."

14 Oktyabr 2013, 16:41

"Ermənistan hər zaman bütün yarışlarda Azərbaycanın önündə baş əyib və bu ənənə bundan sonra da pozulmayacaq."

AXCP yeni ofisinə gələn həftə köçəcək

14 Oktyabr 2013, 16:38

"Azərbaycan Xalq Cəbhəsi Partiyası yeni icarəyə götürdüyü ofisdə gələn həftədən fəaliyyətə başlayacaq. Hələlik isə həmin ofisdə Milli Şuranın seçki qərərgahının üzvləri yerləşdiyindən partiyanın ora köçürülməsi ləngiyir".

İdarə Heyəti Sərdar Cəlaloğlunun istefasını qəbul etmədi - Açıqlama

14 Oktyabr 2013, 14:59

Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti bu gün partiyanın sədri Sərdar Cəlaloğlunun istefası ilə müraciətinə baxıb.

‘Milli Şura fəaliyyətini dayandırmalıdır’

14 Oktyabr 2013, 13:48

Milli Şura seçki ərəfəsində vaxtdan səmərəli istifadə etmədisə, seçkidə normal qaydada iştirak etmədisə, seçkidə uğur qazanmadısa, onun fəaliyyət göstərib-göstərməməsi heç bir şeyi dəyişmir. Eyni zamanda Milli Şura seçkiyə hesablanmış bir qurum olduğu üçün, qanunauyğun olaraq, özünü buraxmalıdır”.

“REAL Hərəkatı növbəti seçkilərə öz namizədi ilə qatılacaq”- Açıqlama

14 Oktyabr 2013, 12:40

Respublikaçı Alternativ Hərəkatı 2015-ci ilin parlament və 2018-ci ilin prezident seçkilərində öz namizədləri ilə iştirak etmək fikrindədir. Bu barədə İnterAz-a REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli verib.

Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarı qəbul edib

14 Oktyabr 2013, 12:29

Səfər Əbiyev: "Başqa ölkənin torpaqlarını işğal edərək saysız-hesabsız günahsız adamın qanını tökən bir rejimin demokratik biçimdə qəbul edilməsini, bir çox hallarda beynəlxalq tənqiddən kənarda saxlanılmasını necə başa düşək?!"

“Vətən” bloku parlament seçkilərinə getməyə qərar verdi - Açıqlama

14 Oktyabr 2013, 12:20

“Vətən bloku bundan sonra da fəliyyətini davam etdirəcək və 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşacaq ”. Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Gülalıyev İnterAz-a açıqlamasında belə deyib.

Erməni silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər

14 Oktyabr 2013, 11:05

Dünən və bu gecə erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Daşkəsən, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Bakı şəhər Baş Polis İdarəsindən mitinqlə bağlı AÇIQLAMA

12 Oktyabr 2013, 20:10

Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Azay Quliyev: "Büronun təklikdə qalması Lenarçiçi ciddi şəkildə düşündürəcək"

12 Oktyabr 2013, 14:30

"ATƏT/DTIHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb oldu. Bu hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA-nın üzvü Mişel Vauzen oldu"

Lent

Ən çox oxunan