Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Həmsədrlər səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşüb

Bakı, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 08:03

Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru ( Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

 

İnterAz-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib.