ATƏT-in Minsk qrupunun həmsədrlərinin işində aktivlik müşahidə edilir - Bahar Muradova

"Məsələni müşahidə edən siyasi analitiklər də problemin ətrafında çoxdan donmuş vəziyyətdə qalan prosesin hərəkətə gəlməsini müsbət dəyərləndirir"

Bakı, Amid İsbəndərov, Tural Səftərov, İnteraz - 14 Dekabr 2013, 15:42

Son zamanlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin işində aktivlik müşahidə edilir və biz bunu müsbət dəyərləndiririk. Bunu Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova İnterAz-a bildirib. 

 

O deyib: "Bunu təkcə mən yox, məsələni müşahidə edən siyasi analitiklər də problemin ətrafında çoxdan donmuş vəziyyətdə qalan prosesin hərəkətə gəlməsini müsbət dəyərləndirir. Bu, münaqişənin həlli üçün mövqelərin yaxınlaşmasına, ən azı mövqelərin öyrənilməsinə, vəziyyətdən çıxış yolların axtarılmasına şərait üçün kifayət qədər ciddi bir stimuldur. 

 

Vitse-spiker deyib ki, prezidentlərin, XİN rəhbərlərinin görüşləri və qarşıda bölgəyə gözlənilən səfərlər növbəti görüşlərin keçirilməsinə hazırlıq prosesi Azərbaycan və Ermənistan arasında danışıqlara özü-özlüyündə müsbət təsir göstərəcək.