ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Bakıya gəlir

Amerikalı həmsədr səfər çərçivəsində bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək

Bakı, Tural Səftərov, İnteraz - 14 Dekabr 2013, 10:56

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik sabah Bakıya gəlir. İnterAz-ın məlumatına görə, bu barədə həmsədr öz şəxsi "twitter" hesabından məlumat verib. Ceyms Uorlik Bakıya gələcəyini və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini qeyd edib.

 

Qeyd edək ki, amerikalı həmsədr səfər çərçivəsində bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.