Milli Məclisin deputatı Belçikaya və İtaliyaya səfər edəcək

Azər Kərimli müzakirələrdə Azərbaycandakı tolerantlıq mühiti, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından danışacaq

Bakı, Tural Səftərov, İnteraz - 14 Dekabr 2013, 10:28

Milli Məclisin deputatı Azər Kərimli “Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi” adlı tədbirdə iştirak etmək üçün dekabrın 16-17-də Belçikanın Brüssel şəhərində səfərdə olacaq.

 

Milli Məclisin mətbuat xidmətindən İnterAz-a bildirilib ki, Azər Kərimli müzakirələrdə Azərbaycandakı tolerantlıq mühiti, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından danışacaq.

 

Azər Kərimli, həmçinin İtaliya-Azərbaycan Assosiasiyasının illik hesabat konfransında iştirak etmək üçün dekabrın 18-dən 21-dək Roma şəhərində olacaq.