Cəbhə xəttində atəşkəs yenidən pozuldu

Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycan ordusunun mövqelərini bir neçə istiqamətdən atəşə tutublar

Bakı, Tural Səftərov, İnteraz - 14 Dekabr 2013, 10:03

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən xəbərə görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.