Rusiya prezidentinin mətbuat konfransında Qarabağa dair sual veriləcək

mətbuat konfransında iştirak etmək üçün dünyanın müxtəlif ölkərindən jurnalistlər rəsmi qeydiyyata alınıb

Bakı, Tural Səftərov, İnteraz - 13 Dekabr 2013, 14:03

Rusiya Prezidenti Vladimir Putin hər il olduğu kimi, bu il dekabrın 19-da ənənəvi mətbuat konfransı keçirəcək.

 

İnterAz-ın məlumatına görə, mətbuat konfransında iştirak etmək üçün dünyanın müxtəlif ölkərindən jurnalistlər rəsmi qeydiyyata alınıb. Onların arasında SalamNews İnformasiya Agentliyinin və İnterAz-ın Moskvadakı müxbiri Roman Ağayev də var.

 

O deyib ki, əsas suallarımızdan biri Dağlıq Qarabağla bağlı olacaq. Baxmayaraq ki, ötən il mətbuat konfransıda növbə bizə çatanda V.Putin "Yəqin ki, siz yenə Qarabağ haqqında sual verəcəksiniz" deməsi bizi narahat etmir. Rusiya prezidentinin xoşuna gəlsə də, gəlməsə də, ona Qarabağ münaqişəsi ilə bağlı sual verməyi planlaşdırırıq. Bundan başqa, V.Putinə azərbaycanlı miqrantlar barədə də sual ünvanlamağı düşünürük. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərindəki problemli məsələləri qabartmağa çalışacağıq".