Millət vəkilləri İstanbula gediblər

Gəlirlərə Nəzarət İnstitutu və Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Şəbəkəsi tərəfindən təşkil olunmuş bu tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan parlament üzvləri qatılacaq

Bakı, Orxan Kərimov, İnteraz - 13 Dekabr 2013, 12:02

İstanbulda “Hasilat sənayesində parlamentarilərin rolu” mövzusunda regional seminar keçirilir. Seminarda Milli Məclisin deputatları Qənirə Paşayeva və Rasim Musabəyov iştirak edir.

 

İnterAz-ın məlumatına görə, bu barədə Qənirə Paşayeva öz facebook səhifəsində məlumat verib.

 

Deputat qeyd edib ki, gəlirlərə Nəzarət İnstitutu və Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Şəbəkəsi tərəfindən təşkil olunmuş bu tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan parlament üzvləri qatılacaq.

 

Seminarda neft, qaz və mədən sahələrində qanun yaradıcılığı və onun tətbiqinə cəlb olunmuş parlament üzvləri arasında təcrübə mübadiləsi aparılacaq, parlamentlərin bu prosesə cəlb olunması imkanları dəyərləndiriləcək.