MDB iştirakçısı olan ölkələrin bir sıra iclaslarının gündəlikləri açıqlanıb

Dekabrın 19-da iştirakçı olan ölkələrin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının toplantısı baş tutacaq

Bakı, Tural Səftərov, İnteraz - 13 Dekabr 2013, 11:55

Belarusun paytaxtı Minskdə keçiriləcək MDB iştirakçısı olan ölkələrin bir sıra iclaslarının gündəlikləri açıqlanıb.

 

Qurumun mənzil-qərargahından İnterAz-a verilən məlumata əsasən, dekabrın 18-də təşkilatın üzvü olan ölkələrin ərazilərində əcnəbi mütəxəssisin elektron kartının tətbiq edilməsinə dair əməkdaşlıq haqqında Saziş layihəsinin işlənib hazırlanması və razılaşdırılması üzrə ekspertlərin işçi qrupunun iclası keçiriləcək.

 

Dekabrın 19-da iştirakçı olan ölkələrin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının toplantısı baş tutacaq. Elə həmin gün keçiriləcək digər ekspert qrupunun iclasında isə ölkələrin yazılı irsin qorunub saxlanılması və bərpa olunması sahəsində əməkdaşlıq, həmçinin “muzey işi” istiqamətində  is” baza təşkilatı barədə Əsasnamə qəbul olunacaq.