Ermənistan dondurulmuş ixtilafların aradan qaldırmaqla iqtisadi layihələrin bir hissəsi olmalıdır

Bunu Ermənistanda jurnalistlərlə görüşən Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu deyib

Bakı, Tural Səftərov, İnteraz - 13 Dekabr 2013, 10:02

"Türkiyə-Ermənistan əlaqələri ilə paralel olaraq Qafqazda daimi sülhün yaradılması lazımdır."

 

İnterAz-ın “Anadolu” agentliyinə isitnadla verdiyi xəbərə görə, bunu Ermənistanda jurnalistlərlə görüşən Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu deyib.

 

O bildirib ki, bütün dondurulmuş ixtilaflar həm Balkan, həm də Qafqaz regionunda enerji problemi ilə nəticələnir: "Bizim arzumuz bu enerji daşıyıcılarının hərtərəfli əməkdaşlıq çərçivəsində iqtisadi rifah hövzəsinin yaradılması istiqamətində istifadə edilməsidir. Bu məsələdə Türkiyə , Gürcüstan, Azərbaycan arasında çox geniş əməkdaşlıq var. Arzumuz budur ki, Ermənistan dondurulmuş ixtilafların aradan qaldırılması ilə iqtisadi layihələrin bir hissəsi olsun və əsas ünsürlərindən birinə çevrilsin."