Cəbhə bölgəsində atəşkəs pozulub

Ermənilər Ağdam, Tərtər, Füzuli istiqamətində atəşkəsi pozublar

Bakı, Tural Səftərov, İnteraz - 13 Dekabr 2013, 09:48

Cəbhə bölgəsində atəşkəs pozulub.

 

İnterAz Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.