Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif edib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Aprel 2021, 12:12

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

 

İnterAz-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavinidir. O, parlament rəhbərliyində müxalifəti təmsil edir.

 

F.İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

sss