Putin: “Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”

V.Putin bildirib ki, nəqliyyat marşrutlarının bərpası regionda Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 17:35

“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”.

 

İnterAZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

 

“Sözsüz, ikitərəfli münasibətlər baxımından bizim danışacaq məsələlərimiz var. Əlbəttə, ən aktual, ən kəskin problem – Dağlıq Qarabağ və ətrafında şəraitin normallaşmasıdır”, - Rusiya prezidenti vurğulayıb.

 

V.Putin bildirib ki, nəqliyyat marşrutlarının bərpası regionda Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq.

sss