Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib

...bununla bağlı YAP Sədri İlham Əliyev sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 16:33

Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.

 

İnterAz xəbər verir ki, bununla bağlı YAP Sədri İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

sss