Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb

...bu barədə İdarə Heyətindən məlumat verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 13:52

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

 

İnterAz xəbər verir ki, bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.

 

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Əli Həsənov (Prezidentin keçmiş köməkçisi) və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

 

AMEA rəhbəri Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib (R.Mehdiyev bu günədək partiyanın Siyasi Şurasının üzvü idi)

 

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

sss