Mübariz Mənsimovun məhkəməsi başlayıb

... bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz "facebook" hesabında məlumat verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 11:55

İş adamının vəkili Ersan Şen prokurorun qərarındakı üzvlük və yardım hissəsinə yenidən baxılmasını tələb edib.

 

İnterAz-ın məlumatına görə, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz "facebook" hesabında məlumat verib.

 

Vəkilin sözlərinə görə, prokurorun hazırladığı qərarda üzvlük və yardım hissəsinin yenidən baxılmasını tələb edirik. De ki bir gəmini verdim FETO ya yox, sübut yox! İstək yox! Şahid yox! Sənəd yox! Müdafiə etdiyim şəxsi zorla üzv niyə etdirmək istəyirsiz. Biz sübut etdikce siz zorla yox üzvü olsun deyirsiz. Bir somut delil olmadan nəyi sübut etmək istəyirsiz. Bu bankadan o banka pul göndərdi desinlər, raporlar təmiz. Əldən verdi desinlər - o da yox! Mübariz Qurbanoğlu nə FETO üzvü nə də hər hansısa bir yardımda bulundu.

 

Ersan Şen bildirib ki, məhkəməyə şəkillər təqdim edilib. Və şəkillərdə, Palmalidə işləyərək ona qarşı ifadə verənlərin 2019-2020 ci illərdə yanında çiyin-çiyinə. Düşmanlıq edən yan-yana mutlu tablosu saçan şəkildə ola bilirlər mi? Məlum ki bu qəsdən edilir. Biz prokurorun yardımla bağlı bəyanatını qəbul etmirik. Çünki, onu əsaslandıracaq heç bir sübut yoxdur.

 

Bir adamdan örgüt olmaz! Mənsimov bu şəbəkəyə üzvdürsə niyə ona qarşı ifadə verənlərdən heç olmasa biri Mənsimovun dini söhbətlərə qatılıb qatılmadığını demədi? Və ya terror şəbəkəsi üçün üzvlük haqqı alıb almadığına dair bir sübut varmi? Yoxdur! Ola da bilməz. Biz bu iddiları cürütdük!  Qurbanoğlu terror şəbəkəsinə heç bir maddi yardımda  bulunmadı və buna dair hec bir sübut yoxdur!.

 

Mübariz Mənsimovun tahliyəsini yox bəraətini istəyirik!, o qeyd edib.

 

***12:12

 

Məhkəmədə Mübariz Mənsimova söz verilib.

 

İnterAz-ın məlumatına görə, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz "facebook" hesabında məlumat verib.

 

“Nə FETÖ, nə də itlərinə 1 qəpik vermədim, vermərəm də. Əksinə, yalnız Azərbaycan və Türkiyə dövlətimizə kömək etmişəm. Bəraətimi istəyirəm”.

 

***11:55

Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.

 

İnterAz-ın məlumatına görə, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz "facebook" hesabında məlumat verib.

 

Xatırladaq ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib:

 

“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”.

 

sss