Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik

...30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 15:52

“Qarabağda təhlükəsizlik və sabitliyin bərpasına yardım etməliyik”.

 

İnterAz-ın xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

 

“30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam həmrəylik nümayiş etdirəcəyimizə inanıram”, - deyə o vurğulayıb.

sss