Prezidentin köməkçisi karantin rejiminin yenidən sərtləşdiriləcəyi iddialarına münasibət bildirib
...Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək
Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Fevral 2021, 17:50
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
İnterAz-ın xəbərinə görə, Şahmar Mövsümov "Report"a açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir məlumat yoxdur.
"Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək", - Prezidentin köməkçisi bildirib.