Kreml: Qarabağ razılaşması üçün təhlükə görünmür

"Ermənistanda baş verənlər hələlik Qarabağa dair əldə olunmuş razılaşmanın həyata keçirilməsinə təhlükə törətmir"...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Fevral 2021, 15:03

"Ermənistanda baş verənlər hələlik Qarabağa dair əldə olunmuş razılaşmanın həyata keçirilməsinə təhlükə törətmir".

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov mətbuat konfransında bildirib.

 

Kreml rəsmisi həmçinin Ermənistandakı hadisələrə baxmayaraq Qarabağ razılaşmasının yerinə yetirilməsi yolu ilə irəliləməyin zəruriliyini qeyd edib.

sss