Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır

Xocalı soyqırımı Azərbaycan tarixində ən böyük faciədir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Fevral 2021, 14:50

 Xocalı soyqırımı Azərbaycan tarixində ən böyük faciədir. 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarını dərin ehtiramla yad edir.

 

İnterAz xəbər verir ki, baş nazirin müavini, YAP-ın Sədr müavini- İcra katibi Əli Əhmədov XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

 

YAP-ın Sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Xocalı faciəsində şəhid olan soydaşlarımızın qanı yerdə qalmadı: “Bütün Azərbaycan torpaqları uğrunda şəhid olan vətəndaşlarımızın qisası alındı. Həm Qarabağ işğaldan azad olundu, həm də erməni faşistlərinə layiqli dərs verildi. Bütün dünya Xocalı qətliamı timsalında erməni faşistlərinin həqiqi üzünü gördü. Xocalı bizim qan yaddaşımızdır. Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq. Bu bizim qarşımızda duran əsas məsələlərdən biridir”.

sss