SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib, Mikayıl Cabbarov sədr seçilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 16:22

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

 

Müşahidə Şurasının sədri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Müşahidə Şurasının üzvləri

 

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

 

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

 

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.