Mübariz Mənsimovun məhkəməsi təxirə salınıb

...məhkəmə prosesi martın 5-dək təxirə salınıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 18:02

Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

 

İnterAz-ın məlumatına görə, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

 

Məhkəmə prosesi martın 5-dək təxirə salınıb.