İlqar Mirzəyevin oğlu “YAŞAT” Fondunda məsul vəzifəyə təyin olunub

"YAŞAT" Fondu üzvlərinin siyahısı açıqlanıb. ..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Yanvar 2021, 13:55

"YAŞAT" Fondu üzvlərinin siyahısı açıqlanıb. 

 

İnterAz xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib. 

 

O bildirib ki, Fond şəhid və qazi ailələri ilə işlədiyinə görə işə məhz belə şəxslərin yaxınları cəlb olunub. 

 

Həmin komandanın üzvləri bu şəxslərdir:

 

Elşad Haşımov Bahadır oğlu (Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi);

 

Nəbi Şükürov Balakişi oğlu (Aprel döyüşləri iştirakçısı Qarabağ qazisi);

 

Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu);

 

Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu);

 

Əliağa Zeynalov Əsgərağa oğlu (Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi);

 

Suma Qubadbəyli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);

 

Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);

 

Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı);

 

Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu).