İbrahim Kalın: Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək

...Türkiyə yaxın tarixdə Qafqazda aktiv rol oynamağa davam edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 15:04

“Qarabağ əsl kimliyinə qovuşur”.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın öz tvitter hesabında Kəlbəcərin işğaldan azad olunması münasibətilə bildirib.

 

“Azərbaycan ordusu 27 ildir işğal altında olan Kəlbəcəri bu gecə azad etdi. Daşlar yerinə oturur. Qarabağ əsl kimliyinə qovuşur. Qafqazda yeni bir dövr başlayır. Türkiyə yaxın tarixdə Qafqazda aktiv rol oynamağa davam edəcək”,- deyə Kalın qeyd edib.