Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 14:03

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.

 

İnterAz xəbər verir ki, paylaşımda deyilir:

 

"Hörmətli həmvətənlər!

 

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

 

 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)