Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycana gəlib

...Bakıdan əvvəl nümayəndə heyəti Yerevanda səfərdə olub və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 16:48

Tərkibinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, səhiyyə naziri Mixail Muraşko, baş nazirin müavini Aleksey Overçuk, “Rospotrebnadzor”un rəhbəri Anna Popovanın daxil olduğu Rusiyanın qurumlararası nümayəndə heyəti Bakıda səfərdədir.

 

İnterAz bu barədə TASS-a istinadən xəbər verir.

 

Qeyd edək ki, Bakıdan əvvəl nümayəndə heyəti Yerevanda səfərdə olub və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirib.