Lavrov Qarabağla bağlı bəyanatın tətbiqini ləngitmək cəhdlərinin olduğunu açıqlayıb

Təəssüf ki, belə bir tendensiya var - biz bunu hiss edirik...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 11:27

 Rusiya, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı bəyanatının icrasını ləngitmək və bunun tamamilə reallaşmasına imkan verməmək cəhdlərinin olduğunu hiss edir. 

 

İnterAz-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı missiyası ilə bağlı iclasda açıqlayıb.

 

"Təəssüf ki, belə bir tendensiya var - biz bunu hiss edirik. Bu, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin 9 noyabr tarixli bəyanatının icrasını ləngitməyə, bu bəyanatın tam yerinə yetirilməsinə imkan verməməyə çalışmaq məqsədi güdür. Amma hamı bunun uğurla həyata keçirildiyini  etiraf etmək məcburiyyətindədir. Sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək cəhdlərini də sezirik", Lavrov qeyd edb.