Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

...Oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Oktyabr 2020, 20:47

Oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

 

Bu barədə İnterAz-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Məlumata görə, sabah Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.