Ceyhun Bayramov və Mövlud Cavuşoğlu telefonla danışıb

...bu barədə Türkiyə XİN məlumat yayıb

Баку, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 20:30

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

 

Telefon danışığı zamanı XİN başçıları Ermənistanın humanitar atəşkəs adı altında terror və hərbi cinayət əməllərini davam etdirdiyini və Gəncə şəhərinə törətdiyi növbəti qanlı cinayət əməlini müzakirə ediblər.