Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib

...bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 15:25

General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

 

İnterAz-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatların rəhbərlərindən biri, Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad olunması əməliyyatına başçılıq edib.