Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

Türkiyə ilə Azərbaycan eyni millət, eyni din, dil və mədəniyyətə sahibdir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Avqust 2020, 17:16

Türkiyə ilə Azərbaycan eyni millət, eyni din, dil və mədəniyyətə sahibdir.

 

İnterAz-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

 

O bildirib ki, Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir:

 

“Bəxtimiz onda gətirib ki, biz bu güclü ordu ilə təcrübə bölüşürük. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü Suriyada, İraqda, Liviyada göstərib. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək”.