Hulusi Akar: “Sonadək Azərbaycanın yanındayıq”

Akarın sözlərinə görə, atalardan əmanət qalan bu qardaşlıq əlaqəsi əl-ələ verilərək gələcək nəsillərə ötürülməlidir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Avqust 2020, 16:24

Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq.

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlayıb.

 

“Bütün dünya qarşısında Xocalı soyqırımını həyata keçirən və Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan yalnız deyil", Akar deyib.

 

Türkiyə və Azərbaycanın iki ayrı dövlət olsa da eyni millətin övladları olduğunu qeyd edən Akar bildirib:

 

"Bizim tariximiz, dilimiz, mədəniyyətimiz birdir. Canimiz bir, qanımız birdir. "Bir ananın iki oğlu" olan  Türkiyə və Azərbaycan arasındakı münasibətlər həqiqi qardaşlıq bağlarıdır. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün imtinaedilməzdir". 

 

Akarın sözlərinə görə, atalardan əmanət qalan bu qardaşlıq əlaqəsi əl-ələ verilərək gələcək nəsillərə ötürülməlidir.