Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

...Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Avqust 2020, 15:32

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.