İlham Əliyev Bakıya gətirilmiş yeni «London taksi»ləri ilə tanış olub

...Dövlət başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Avqust 2020, 15:35

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.

 

İnterAz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

 

Dövlət başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib.

 

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.