Prezidentin köməkçisi metronun açılması məsələsinə münasibət bildirib

...“Həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir”

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Avqust 2020, 12:06

“Həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir”.

 

İnterAz-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

O qeyd edib ki, bütün ölkələrdə virusun yayılmasına təsir edən bir nömrəli amil insanların hərəkətidir: “Ona görə də bir çox ölkələrdə nəqliyyatın dayandırılması təcrübəsindən istifadə edilir. Biz də buna məcburuq. Bu gün metronun açılması müzakirə olunmur. Çünki ən çox yoluxma metroda ola bilər”.