Müdafiə Nazirliyi cəbhənin Naxçıvan istiqamətindəki durumla bağlı məlumat yayıb

...Naxçıvan istiqamətində atəşkəsi ermənlər pozub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Iyul 2020, 10:45

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib. 

 

İnterAz-ın xəbərinə görə, nazirliyin Mətbuat Xidmətindən qeyd olunub ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.

 

"Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görür", - nazirlikdən bildirilib.