Azərbaycanın işğal altında olan ərazilərində 33 nəfər koronavirusa yoluxub

...Virusa yoluxanlardan 8 nəfər sağalıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 10:58

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

 

İnterAz-ın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.

 

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 33 nəfərə çatıb.

 

 

Bildirilib ki, virusa yoluxanlardan 8 nəfər sağalıb.

 

Hazırda 69 nəfər karantindədir, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.