Naftalana yeni icra başçısı təyin edilib

Prezident sərəncam imzalayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Dekabr 2019, 15:16

Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.