Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

... iclasın gündəliyinə 23 məsələ daxildir

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 15:12

Azərbaycan Milli Məclisinin oktyabrın 22-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

 

İnterAz-ın xəbərinə görə, iclasın gündəliyinə 23 məsələ daxildir.

 

Bunlar "Standartlaşdırma haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mülki məcəllələrə dəyişiklik layihələridir.