MSK üzvlüyünə yeni namizəd irəli sürülüb

...Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 14:50

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

 

İnterAz xəbər verir ki, bunun bağlı Milli Məclisə layihə daxil olub.

 

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyinin parlamentin müzakirəsinə təqdim edirik.

 

Xatırladaq ki, R.Qasımov MSK Katibliyinin müdiridi.