Rusiyanın Baş naziri Azərbaycanın yeni Baş nazirini təbrik edib

Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, hökumət xətti ilə aktiv əməkdaşlığa hazır olduğunu bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 11:46

Rusiyanın Baş naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, hökumət xətti ilə aktiv əməkdaşlığa  hazır olduğunu bildirib.

 

İnterAz Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

D. Medvedev bildirib ki, Rusiya ilə Azərbaycanı dostluq və tərəfdaşlıq münasibətləri bağlayır, ticarət, iqtisadi və investisiya qarşılıqlı şəkildə durmadan inkişaf edir, enerji sektorunda, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələr həyata keçirilir.