Prezident icra başçısını vəzifəsindən azad edib

Ağsuya yeni icra başçısı təyin edilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 30 Sentyabr 2019, 15:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

 

İnterAz xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.