Azərbaycanın hərbi qulluqçusu həlak olub

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 18:20

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

 

Bu barədə İnterAz-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib

 

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

 

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!