Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

M.Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır. Sentyabrın 23-də onun 60 yaşı tamam olur...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 13:50

Prezident İlham Əliyev  Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

Qeyd edək ki, M.Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır. Sentyabrın 23-də onun 60 yaşı tamam olur.